Bir mən idim, bir sən idin, bir də yamaclar...
Meşə yolu, yarpaq dolu yaşıl ağaclar.
Onda ki, ağ umuzlara töküldü saçlar,
Əsdi yarpaq, coşdu irmaq, güllər oynadı,
Ürəyimdə kaman kimi tellər oynadı.

Endi duman örtü kimi dünya qarardı,
Ara-sıra əsən bir yel saçın darardı,
Onda ki, oynaq tellərin boynumu sardı
Çaxdı şimşək, coşdu sular, sellər oynadı,
Ürəyimdə kaman kimi tellər oynadı.

- Cəfər Cabbarlı
Bir mən idim, bir sən idin, bir də yamaclar... Meşə yolu, yarpaq dolu yaşıl ağaclar. Onda ki, ağ umuzlara töküldü saçlar, Əsdi yarpaq, coşdu irmaq, güllər oynadı, Ürəyimdə kaman kimi tellər oynadı. Endi duman örtü kimi dünya qarardı, Ara-sıra əsən bir yel saçın darardı, Onda ki, oynaq tellərin boynumu sardı Çaxdı şimşək, coşdu sular, sellər oynadı, Ürəyimdə kaman kimi tellər oynadı. - Cəfər Cabbarlı
Like
2
0 Commentarios 0 Acciones 1010 Views