Necə rəhmlidir, necə amansız,
Necə mehribandır qadın ürəyi!
Sən onu sındırsan, bil ki, a qansız,
Ağlayan kamandır qadın ürəyi.

Güldürsən, ömürlük səadətindir,
Söndürsən, yanmağı bir də çətindir.
O, əsl qayğın, məhəbbətindir,
Sevgisiz zindandır qadın ürəyi.

Daşı da əridər, daş da olar o,
Əriyib gözlərdə yaş da olar o.
Bahar da olar o, qış da olar o.
Damladır, ümmandır qadın ürəyi.

Onunla dünyadır sənə qəfəs də,
Onsuz heç yaşama bu torpaq üstə.
Sevən bir ürəyə axır nəfəsdə
Ən gözəl dərmandır qadın ürəyi.

Onu alçaldan da, ucaldan da biz,
Dərd verib vədəsiz qocaldan da biz,
Qədrini biləndə bu cahanda biz,
Həmişə cavandır qadın ürəyi.

Bəzən gültək solar acı bir sözdən,
Ağlayar xəlvəti, gülsə də üzdən.
Bəzən uşaq kimi bir ürəksizdən
Məhəbbət umandır qadın ürəyi.

Bir namərd əlindən zəhər içəndə,
Keçirər ömrünü o, yas içində.
Bəzən ən qiymətli libas içində
Nalədir, fəğandır qadın ürəyi.

Ömrə zinət verən, səadət quran,
Kişi ürəyini nurla dolduran,
İsməti bir nəsli göyə qaldıran,
Eşqə hökmrandır qadın ürəyi.

Sənsiz əl çəkərəm arzudan, kamdan
Nə çıxar sevgisiz-sənsiz ilhamdan?
İncitsən dözərəm, Tofiq Bayramdan
İncimə, amandır, qadın ürəyi!

https://youtu.be/uJ8vsvL1GY0?si=u8V6SMhvv9_M_MCT
Necə rəhmlidir, necə amansız, Necə mehribandır qadın ürəyi! Sən onu sındırsan, bil ki, a qansız, Ağlayan kamandır qadın ürəyi. Güldürsən, ömürlük səadətindir, Söndürsən, yanmağı bir də çətindir. O, əsl qayğın, məhəbbətindir, Sevgisiz zindandır qadın ürəyi. Daşı da əridər, daş da olar o, Əriyib gözlərdə yaş da olar o. Bahar da olar o, qış da olar o. Damladır, ümmandır qadın ürəyi. Onunla dünyadır sənə qəfəs də, Onsuz heç yaşama bu torpaq üstə. Sevən bir ürəyə axır nəfəsdə Ən gözəl dərmandır qadın ürəyi. Onu alçaldan da, ucaldan da biz, Dərd verib vədəsiz qocaldan da biz, Qədrini biləndə bu cahanda biz, Həmişə cavandır qadın ürəyi. Bəzən gültək solar acı bir sözdən, Ağlayar xəlvəti, gülsə də üzdən. Bəzən uşaq kimi bir ürəksizdən Məhəbbət umandır qadın ürəyi. Bir namərd əlindən zəhər içəndə, Keçirər ömrünü o, yas içində. Bəzən ən qiymətli libas içində Nalədir, fəğandır qadın ürəyi. Ömrə zinət verən, səadət quran, Kişi ürəyini nurla dolduran, İsməti bir nəsli göyə qaldıran, Eşqə hökmrandır qadın ürəyi. Sənsiz əl çəkərəm arzudan, kamdan Nə çıxar sevgisiz-sənsiz ilhamdan? İncitsən dözərəm, Tofiq Bayramdan İncimə, amandır, qadın ürəyi! https://youtu.be/uJ8vsvL1GY0?si=u8V6SMhvv9_M_MCT
Love
3
0 Kommentare 0 Anteile 1175 Ansichten