Əzizim,
Yaxşı ki, yağış da kəsib bir azca...
Çiynimi söykəyib bu nəm ağaca,
Sənə məktub yazmaq... istəyirəm mən...
Nə bilmək olar ki, sabah döyüşdü,
Döyüşdə ölməksə lap asan işdir.
Hələ bir gecəlik vaxtım var azı,
Bu qara qələmim, bu ağ kağızım...
Sənə məktub yazım...
Yazım... Nə yazım?
Yazım... Kimə yazım?
Bilmirəm axı...
Bilmirəm adını, ünvanını mən,
Əgər belə yazsam çatarmı görən?
- Hər axşam yeddidə, şəhərdən gedən,
Bakı - Suraxanı qatarındakı,
Üçüncü vaqonun lap axırında,
Ən küncdə oturan
Bəstəboy qıza...
Altda da imza...
O qızın dərdindən ölən bir əsgər...

- Ramiz Rövşən
Əzizim, Yaxşı ki, yağış da kəsib bir azca... Çiynimi söykəyib bu nəm ağaca, Sənə məktub yazmaq... istəyirəm mən... Nə bilmək olar ki, sabah döyüşdü, Döyüşdə ölməksə lap asan işdir. Hələ bir gecəlik vaxtım var azı, Bu qara qələmim, bu ağ kağızım... Sənə məktub yazım... Yazım... Nə yazım? Yazım... Kimə yazım? Bilmirəm axı... Bilmirəm adını, ünvanını mən, Əgər belə yazsam çatarmı görən? - Hər axşam yeddidə, şəhərdən gedən, Bakı - Suraxanı qatarındakı, Üçüncü vaqonun lap axırında, Ən küncdə oturan Bəstəboy qıza... Altda da imza... O qızın dərdindən ölən bir əsgər... - Ramiz Rövşən
Love
3
0 Commentarii 0 Distribuiri 925 Views