"Səndən son istəyim..."

Çiçəklər içində, güllər içində
Çiçək gülüşünün şəklini çəkdir.
Çəkdir əllərinin hərarətini,
Titrək öpüşünün şəklini çəkdir...

Çələng hör sevdalı baxışlarından
Saçının telinə düz, mənə göndər.
Bu dəli sevdanın eşq şərbətini
Buta badəsinə süz, mənə göndər.

İçinlə, ruhunla, baxışlarınla,
Qəlbinlə təmasda şəklini çəkdir.
Təpədən-dırnağa bürün sevgimə,
Sonra...
Bu libasda şəklini çəkdir.

Astaca pıçılda sevirəm sözün
Sonra çək...
səsinin şəklini göndər...
Mənə saçlarının ətrini yolla,
Mənə nəfəsinin şəklini göndər...

- Elçin Mirzəbəyli
"Səndən son istəyim..." Çiçəklər içində, güllər içində Çiçək gülüşünün şəklini çəkdir. Çəkdir əllərinin hərarətini, Titrək öpüşünün şəklini çəkdir... Çələng hör sevdalı baxışlarından Saçının telinə düz, mənə göndər. Bu dəli sevdanın eşq şərbətini Buta badəsinə süz, mənə göndər. İçinlə, ruhunla, baxışlarınla, Qəlbinlə təmasda şəklini çəkdir. Təpədən-dırnağa bürün sevgimə, Sonra... Bu libasda şəklini çəkdir. Astaca pıçılda sevirəm sözün Sonra çək... səsinin şəklini göndər... Mənə saçlarının ətrini yolla, Mənə nəfəsinin şəklini göndər... - Elçin Mirzəbəyli
Love
2
0 Comentários 0 Compartilhamentos 980 Visualizações