Araşdırmalarımdan:
Vəcd yaxud Ekstaz — Vəcd, ekstaz "ruhun dünyəvi gerçəklikdən qurtulduğu özündəngetmə və çoşqunluq halı" kimi başa düşülüb, adamın şüuru və yaddaşı yerində olmaqla özünə (dünyəvi-fiziki varlığına, duyumlarına) bağlı heç bir qavrayışın olmadığı və adamın bütünlüklə özü xaricində bir nəsnə (şey) ya da varlıqla (xəyal, ruh, ilahi qüvvə və b.) əlaqə qurduğu nadir şüur hallarından biridir.

Parapsixologiyada "fərqli şüur halları"ndan biri olan ekstaz, spiritualizm mətnlərində isə "ruhla bədən münasibətinin məlum bir dərəcəyə qədər boşaldığı, xarici dünya ilə bağların kəsildiyi özəl bir hal" olaraq bilinir.

Şamanlar ekstaz texnikasını ən yaxşı tətbiq edənlər arasındadırlar. Ekstaz halına daha çox müxtəlif boşalma texnikaları istifadə edən şamanlarda və mistiklərdə rastlanılır. Ekstaz halı spazmatik xəstəliklər, həddən artıq oruclar, uzun düşüncələr və bəzi fiziki məşqlər (məs, yoqa) zamanı öz-özünə meydana çıxa bilər.

Ekstaz halında adamda fiziki hərəkətsizliklə yanaşı, tənəffüsün və qan dövranının yavaşlanması müşahidə olunur. Mistiklər, xüsusən Sufilər, hissiyat orqanlarının fəaliyyətinin dayandığı ekstaz əsnasında yaşadıqlarını "eqonun yox olması, çaşqınlıq, sevinc, sevgi, məhəbbət, xoşbəxtlik" kimi sözlərlə ifadə etməyə çalışıblarsa da, yaşadıqları təcrübənin sözlərlə ifadə edilə bilməyəcəyini, ancaq birbaşa yaşanaraq anlaşıla biləcəyini bildirmişdilər. Ekstaz halındakı adamlar bəzi vaxtlar rüyet (yalnız zehni olaraq görünən) adlandırılan halusunasiyalar da gözdüklərini iddia edirlər.
Araşdırmalarımdan: Vəcd yaxud Ekstaz — Vəcd, ekstaz "ruhun dünyəvi gerçəklikdən qurtulduğu özündəngetmə və çoşqunluq halı" kimi başa düşülüb, adamın şüuru və yaddaşı yerində olmaqla özünə (dünyəvi-fiziki varlığına, duyumlarına) bağlı heç bir qavrayışın olmadığı və adamın bütünlüklə özü xaricində bir nəsnə (şey) ya da varlıqla (xəyal, ruh, ilahi qüvvə və b.) əlaqə qurduğu nadir şüur hallarından biridir. Parapsixologiyada "fərqli şüur halları"ndan biri olan ekstaz, spiritualizm mətnlərində isə "ruhla bədən münasibətinin məlum bir dərəcəyə qədər boşaldığı, xarici dünya ilə bağların kəsildiyi özəl bir hal" olaraq bilinir. Şamanlar ekstaz texnikasını ən yaxşı tətbiq edənlər arasındadırlar. Ekstaz halına daha çox müxtəlif boşalma texnikaları istifadə edən şamanlarda və mistiklərdə rastlanılır. Ekstaz halı spazmatik xəstəliklər, həddən artıq oruclar, uzun düşüncələr və bəzi fiziki məşqlər (məs, yoqa) zamanı öz-özünə meydana çıxa bilər. Ekstaz halında adamda fiziki hərəkətsizliklə yanaşı, tənəffüsün və qan dövranının yavaşlanması müşahidə olunur. Mistiklər, xüsusən Sufilər, hissiyat orqanlarının fəaliyyətinin dayandığı ekstaz əsnasında yaşadıqlarını "eqonun yox olması, çaşqınlıq, sevinc, sevgi, məhəbbət, xoşbəxtlik" kimi sözlərlə ifadə etməyə çalışıblarsa da, yaşadıqları təcrübənin sözlərlə ifadə edilə bilməyəcəyini, ancaq birbaşa yaşanaraq anlaşıla biləcəyini bildirmişdilər. Ekstaz halındakı adamlar bəzi vaxtlar rüyet (yalnız zehni olaraq görünən) adlandırılan halusunasiyalar da gözdüklərini iddia edirlər.
Like
Love
2
0 Commenti 0 condivisioni 70 Views