Adın ürəyimi bəzəyən arzu,
Adına bənzəyə bilərsənsə, gəl.
Baharı vədəsiz ötən ömrümə
Təzə bahar kimi gələrsənsə, gəl!

Ürək haray çəkir zamandan yorğun,
Gərəksiz gileydən, gümandan yorğun,
Ömrün də payızı dumandan yorğun -
Gözümdən dumanı silərsənsə, gəl!

Bilirəm, bu yolda əsəcək dizin,
Bilirəm ağrıdan keçəcək izin...
Şəriki çox olub sevincimizin
Dərdimi dərdintək bölərsənsə, gəl!

Hicran yoldaş olub ömrə uzandı,
Mən bəxtdən küsmədim, bəxtim usandı.
Tale güldürəndə gülmək asandı,
O ağla deyəndə gülərsənsə, gəl!

Ölüm həsrət həsrət əlimdən tuta,
Mindirə fələklər ürküdən ata,
Üstümdə ruhumtək göyərən ota
İsti göz yaşları çilərsənsə, gəl!

- Sabir Rüstəmxanlı
Adın ürəyimi bəzəyən arzu, Adına bənzəyə bilərsənsə, gəl. Baharı vədəsiz ötən ömrümə Təzə bahar kimi gələrsənsə, gəl! Ürək haray çəkir zamandan yorğun, Gərəksiz gileydən, gümandan yorğun, Ömrün də payızı dumandan yorğun - Gözümdən dumanı silərsənsə, gəl! Bilirəm, bu yolda əsəcək dizin, Bilirəm ağrıdan keçəcək izin... Şəriki çox olub sevincimizin Dərdimi dərdintək bölərsənsə, gəl! Hicran yoldaş olub ömrə uzandı, Mən bəxtdən küsmədim, bəxtim usandı. Tale güldürəndə gülmək asandı, O ağla deyəndə gülərsənsə, gəl! Ölüm həsrət həsrət əlimdən tuta, Mindirə fələklər ürküdən ata, Üstümdə ruhumtək göyərən ota İsti göz yaşları çilərsənsə, gəl! - Sabir Rüstəmxanlı
Love
1
0 Yorumlar 0 hisse senetleri 1092 Views